AMB: Məsafədən hesab açılması qaydaları modernləşdirilib

12:19 - 12.03.2026


12 mart, Fineko/abc.az. Sosial mühəndislik üsulları və saxta mesajlar vasitəsilə törədilən dələduzluq halları qlobal problem olaraq qalır.

ABC.AZ xəbər verir ki, bunu AMB sədrinin müavini Toğrul Əliyev Bakıda keçirilən  Forumda bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən bu təhdidlərin qarşısını almaq məqsədilə kibertəhlükəsizlik və nəzarət mexanizmləri sahəsində bir sıra mühüm addımlar atılıb:

"Maliyyə institutları üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyən edilib və məsafədən hesab açılması qaydaları modernləşdirilib. Bundan başqa, kiberinsidentlərlə mübarizə məqsədilə "FinServ" mərkəzi yaradılıb və banklar arasında dələduzluğa qarşı operativ məlumat mübadiləsi sistemi formalaşdırılıb".

O həmçinin qeyd edib ki, Mərkəzi Bank beynəlxalq əməkdaşlığı da genişləndirərək OECD-INFE (Maliyyə Təhsili üzrə Beynəlxalq Şəbəkə) platformasına üzv olub.