"Azsığorta" ASC-nin aktivləri ötən il azalıb - Hesabat

11:55 - 6.03.2026


6 mart, Fineko/abc.az. "Azsığorta" ASC 2025-ci ili 1,75 milyon manat xalis mənfəətlə başa vurub.

ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,3 % çoxdur.

Ötən il "Azsığorta"nın gəlirləri 13,313 milyon manat (əvvəlki ilə nisbətən 2,1 % çox), xərcləri 11,069 milyon manat (1,8 % çox), mənfəət vergisi ödəmələri isə 494 min manat (6 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Azsığorta"nın aktivləri 30,314 milyon manat olub ki, bu da illik müqayisədə 1,3 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 9,6 % azalaraq 10,732 milyon manata, balans kapitalı isə 4 % artaraq 19,583 milyon manata çatıb.