AniPay mobil tətbiqinin fəaliyyəti dayandırıldı

14:34 - 3.03.2026


3 mart, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən AniPay mobil tətbiqinin və anipay.az internet səhifəsinin fəaliyyəti dayandırılır.

ABC.AZ xəbər verir ki, nu qərar rəqəmsal ödənişlər bazarında rəqabət mühitinin genişləndirilməsi və ödəniş xidmətlərinin inkişafının təşviq edilməsi məqsədilə qəbul edilib.

Qeyd olunan tarixdən etibarən analoji xidmətin maliyyə sektoru iştirakçıları tərəfindən davam etdirilməsi nəzərdə tutulur. Belə ki, AniPay funksiyaları artıq mobil bank tətbiqlərində mövcuddur.

AniPay tətbiqinin və internet səhifəsinin fəaliyyətinin dayandırılması ölkədə maliyyə sektoru iştirakçıları üçün yeni imkanlar yaradacaq, rəqabət, və innovativ həllərin inkişafını daha da sürətləndirəcək.