“AFB Bank” ASC-nin ötən il mənfəəti azalıb - Hesabat

11:10 - 27.02.2026


27 fevral, Fineko/abc.az. “AFB Bank” ASC 2025-ci ili 4 milyon 257 min manat mənfəətlə başa vurub.

ABC.AZ xəbər verir ki, 2024-cü ildə bankın mənfəəti 4 milyon 578 min manat olmuşdu.

Ötən il “AFB Bank”ın cəmi gəlirləri 35 milyon 934 min manat (əvvəlki ilə nisbətən 14% çox), cəmi xərcləri 34 milyon 963 min manat olub.

2024-cü ildə isə bankın gəlirləri 31 milyon 640 min manat, xərcləri 26 milyon 420 min manat təşkil edib.

Hesabat ayında “AFB Bank”ın aktivləri 423 milyon 4 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 43.3% çoxdur. Bunun 292 milyon 544 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 60% böyüyüb.

Bankın cari kredit reytinqi “Fitch” agentliyi tərəfindən “B” (stabil) səviyyəsində müəyyən olunmuşdur.