ABŞ-ın Honeywell International şirkəti Gürcüstandakı NEZ-ni texnologiyalarla təmin edəcək

14:23 - 24.02.2026


24 fevral, Fineko/abc.az. Gürcüstanın Black Sea Petroleum (BSP) şirkəti ABŞ-ın texnoloji konqlomeratı Honeywell International ilə mühəndislik və lisenziyalaşdırma üzrə saziş imzalayıb. Bu barədə BSP məlumat yayıb.

Məlumata görə, Black Sea Petroleum Kulevi şəhərində nominal illik gücü 4,5 milyon ton olan neft emalı zavodu (NEZ) inşa edir. Hazırda şirkət zavodun illik 1,2 milyon ton gücündə birinci mərhələsini tamamlayıb. İkinci mərhələnin – illik 3,3 milyon ton gücə malik hissənin tikintisi isə davam edir.

Sazişə əsasən, Honeywell International BSP-yə texnoloji proseslər üzrə lisenziyalar, baza layihələndirmə xidmətləri, ixtisaslaşmış avadanlıqlar və katalizatorlar təqdim edəcək.