2026-cı ildə işsizlik səviyyəsinin təxminən 5,2% səviyyəsində qalacaq

14:47 - 20.02.2026


20 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “Fitch Solutions” Azərbaycan iqtisadiyyatının 2026-cı ildə artacağı ilə bağlı proqnoz verib.

ABC.AZ xəbər verir ki, artım əsasən ev təsərrüfatlarının istehlakı hesabına təmin olunacaq.

İşsizlik səviyyəsinin təxminən 5,2% səviyyəsində qalacağı və real əməkhaqlarında artımın davam edəcəyi gözlənilir. Özəl istehlakın iqtisadi artıma təxminən 2,5 faiz bəndi töhfə verəcəyi bildirilir.

Qeyd olunur ki, 2025-ci ilin dekabr ayına olan məlumata görə, neft sektoru ÜDM-in 47,4%-ni, qeyri-neft sektoru isə 52,7%-ni təşkil edib. Neft hasilatının 7,3% azalması fonunda ümumi istehsal illik müqayisədə 2,6% azalıb, qeyri-neft ÜDM-i isə 8,6% artıb.

Eyni zamanda, Çin, Almaniya, Türkiyə və bir sıra Avropa tərəfdaşları ilə imzalanmış yeni ticarət və investisiya sazişlərinin qeyri-neft sektorunun genişlənməsinə töhfə verəcəyi vurğulanır.