14:27 - 20.02.2026
20 fevral, Fineko/abc.az. Anthropic şirkətinin baş direktoru Dario Amodei bildirib ki, Hindistan süni intellektin inkişafında əsas rol oynayır və bu sahədə qlobal liderə çevrilə bilər.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, süni intellekt yaxın illərdə bir çox tapşırıqlarda insanın idrak qabiliyyətini üstələyə bilər və bu, həm yeni imkanlar, həm də iş yerlərinin azalması və təhlükəsizlik riskləri kimi ciddi çağırışlar yaradacaq.
Amodei qeyd edib ki, Anthropic Hindistanla süni intellektin təhlükəsizliyi və iqtisadi tədqiqatlar sahəsində əməkdaşlıqda maraqlıdır. Onun sözlərinə görə, süni intellekt inkişaf etmiş ölkələrdə illik 10% iqtisadi artım təmin edə bilər, Hindistan isə yüksək texnoloji potensialı sayəsində nəzəri olaraq 20–25% artım tempinə nail ola bilər.
Qeyd edək ki, Anthropic müasir aparıcı süni intellekt modellərindən biri olan Claude modelinin yaradıcısıdır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026