Gürcüstanın Azərbaycandan aldığı yanacaq və sürtkü yağları 47 faiz çoxalıb

15:03 - 19.02.2026


19 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 12,6 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.

ABC.AZ xəbər verir ki, bu barədə statistik rəqəmlər Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında öz əksini tapıb. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 47 % çoxdur.

Yanvarda Gürcüstan xarici ölkələrdən 283 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstan Rusiyadan 109,5 milyon ABŞ dolları, Rumıniyadan 42,5 milyon ABŞ dolları, Türkiyədən 32 milyon ABŞ dolları, Yunanıstandan 19 milyon ABŞ dolları, Kiprdən 17 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.