17:04 - 18.02.2026
18 fevral, Fineko/abc.az. Azərbaycanın yeganə qiymətli metal alıcısı olan İsveçrəyə qızıl və gümüş ixracında 2025-ci ildə kəskin artırıb. Qiymət artımları ixracın dəyərinin artmasında mühüm rol oynayıb.
ABC.AZ xəbər verir ki, qızıl ixracı 2025-ci ildə 4 522 kiloqram təşkil edib. Bu, 2024-cü illə müqayisədə 5.9% çoxdur. Lakin ixracın dəyəri daha sürətlə artaraq 326.2 mln. dollara çatıb. 2024-cü ildə bu göstərici 211.76 mln. dollar idi və illik artım 54.04% təşkil edib.
Bir kiloqram qızılın orta ixrac qiyməti 2025-ci ildə 72 133 dollar olub. 2024-cü ildə isə bu göstərici 49 589 dollar idi. Beləliklə, orta qiymət bir ildə 46% bahalaşıb.
Gümüş ixracında da oxşar dinamika müşahidə edilir. 2025-ci ildə İsveçrəyə 2 171 kq gümüş ixrac olunub ki, bu da əvvəlki illə müqayisədə 30% çoxdur. İxracın dəyəri isə 2.68 mln. dollara yüksəlib və illik artım 70% təşkil edib. 2024-cü ildə bu göstərici 1.58 mln. dollar idi.
Bir kiloqram gümüşün orta ixrac qiyməti 2025-ci ildə 1 235 dollar olub. Bu göstərici 2024-cü ildə 944 dollar idi və illik müqayisədə 31% artım qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda 2965 kq qızıl, 3646 kq gümüş istehsal edilib.
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026