15:41 - 6.02.2026
6 fevral, Fineko/abc.az. 2027-ci ildən etibarən Səudiyyə şirkətləri Türkiyədə ümumi gücü 5 QVt olan günəş və külək elektrik stansiyalarının tikintisinə başlayacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
İlk mərhələdə Sivas və Karaman vilayətlərində hər biri 1 QVt gücündə günəş elektrik stansiyaları inşa olunacaq. Layihələr xarici investisiyalar və beynəlxalq kreditlər hesabına maliyyələşdiriləcək. Gözlənilir ki, yeni stansiyalar təxminən 2,1 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək və Türkiyədə elektrik enerjisinin qiymətinin azalmasına imkan yaradacaq. Layihələrdə lokallaşma səviyyəsi 50% təşkil edəcək.
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026