15:55 - 4.02.2026
4 fevral, Fineko/abc.az. SİMA yeni nəsil rəqəmsal imzanın "Elektron ipoteka və kredit zəmanət" sisteminə inteqrasiyası təmin olunub.
ABC.AZ İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, "Elektron ipoteka və kredit zəmanət" sistemində digər elektron imza vasitələri ilə yanaşı ("ASAN İmza", "SİMA Token" (elektron imza), BSXM imza) "SİMA İmza" rəqəmsal imzanın da tətbiq edilməsi vətəndaşlar üçün vaxt və maliyyə itkilərinin qarşısının alınmasına, göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına səbəb olacaqdır.
Sözügedən yenilik Fondun "AzInTelecom" MMC ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. İstifadəçilər mobil tətbiqi vasitəsilə əldə edilən yeni nəsil rəqəmsal imzadan ödənişsiz istifadə edə biləcəklər.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026