AMB bu il neftin 1 barelinin orta qiymətinin 65 dollar olacağını gözləyir

11:43 - 4.02.2026


4 fevral, Fineko/abc.az. Bu il Azərbaycanda iqtisadi artım 2,4 % olacaq.

ABC.AZ xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

Sədr bildirib ki, qeyri-neft-qaz sektoru üzrə isə artımın 4 % olacağı gözlənilir.

"Gələn il üçün isə müvafiq olaraq 2,9 % və 4,3% artım proqnozlaşdırılır", - deyə o qeyd edib. Bundan başqa, T.Kazımov deyib ki, AMB bu il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 65 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin orta qiymətinin isə 254 ABŞ dolları olacağını gözləyir.

Müəllif: Elmir Muradov