16:57 - 2.02.2026
2 fevral, Fineko/abc.az. Yaponiyanın Suzuki korporasiyası Hindistandakı törəmə şirkəti Suzuki R&D Center India (SRDI) ilə birlikdə Hindistanda ikinci bioqaz zavodunu — BANAS SUZUKI BIOGAS PLANT-ı istifadəyə verib.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Müəssisə Qucarat ştatının Bhukxale şəhərində inşa olunub. İlk bioqaz zavodu isə 2025-ci ilin dekabrında Qucarat ştatının Banaskantha dairəsinin Aqtxale şəhərində açılmışdı.
Bildirilir ki, yeni müəssisə sıxılmış təbii qazla (CNG) işləyən avtomobillər üçün yanacaq kimi bioqazın istehsalı və satışı ilə yanaşı, bioqaz istehsalından sonra inək peyinindən üzvi gübrələrin hazırlanması ilə də məşğul olacaq.
Suzuki əlavə edib ki, Hindistanda iqtisadi artımı dəstəkləmək və regionda karbon neytrallığına nail olmaq məqsədilə bioqaz biznesinin inkişafını davam etdirəcək.