11:04 - 30.01.2026
30 yanvar, Fineko/abc.az. Ödəniş sistemi operatoru Visa-nın 31 dekabrda başa çatan 2026-cı maliyyə ilinin birinci rübü üzrə gəlirləri Uoll-Strit analitiklərinin proqnozlarını üstələyib.
ABC.AZ xəbər verir ki, hesabat dövründə Visa-nın gəlirləri 10,9 mlrd dollar təşkil edib. Analitiklər orta hesabla bu göstəricinin 10,68 mlrd dollar olacağını gözləyirdilər.
Səhm başına korrektə edilmiş mənfəət 3,17 dollar olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15% çoxdur. Analitiklərin proqnozu isə səhm başına 3,14 dollar idi.
Ötən rübdə Visa səhmlərin geri alınması və dividendlər vasitəsilə investorlarına 5,1 mlrd dollar vəsait qaytarıb.