Ötən il mənzil və kommunal təsərrüfatı xərcləri 1 % artıb

17:30 - 28.01.2026


28 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən mənzil və kommunal təsərrüfatına 322,5 milyon manat xərclənib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3 milyon manat və yaxud 0,9 % çoxdur.

Hesabat dövründə mənzil və kommunal təsərrüfatı xərcləri faktiki xərclərin 0,8 %-ni təşkil edib.