09:20 - 28.01.2026
28 yanvar, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon neft markalarının qiyməti ötən gün qeydə alınan 3%-lik artımdan sonra yüksəlməkdə davam edir.
Saat 09:15-ə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin mart fyuçersi $0,33 (0,49%) bahalaşaraq bir barreli üçün $67,90 çatıb. 27 yanvar tarixində keçirilən hərracların yekununda mart ayı üzrə Brent müqaviləsi $1,98 (3,02%) artaraq $67,57 təşkil etmişdi.
NYMEX əmtəə birjasında isə WTI markalı neftin mart fyuçersinin qiyməti saat 09:15-ə qədər $0,42 (0,67%) artaraq bir barreli üçün $62,81 yüksəlib. 27 yanvar hərraclarının nəticələrinə görə, WTI-ın mart müqaviləsi $1,76 (2,90%) bahalaşaraq $62,39 təşkil etmişdi.