Azərbaycan nefti ucuzlaşıb

10:25 - 27.01.2026


27 yanvar, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti  ucuzlaşıb.

ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları və ya 0,7 % azalaraq 67,86 ABŞ dollara bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.