17:28 - 15.01.2026
15 yanvar, Fineko/abc.az. Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 5,68 milyon ABŞ dolları dəyərində 20 min 417 ton soğan ixrac edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 % çox, kəmiyyət olaraq – 3 % azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstana 3,19 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 13 % çox) 14 min 433 ton (-7 %), Rusiyaya 2,1 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 5 min 57 ton (+4,6 dəfə), Belarusa 339 min ABŞ dolları dəyərində (+38 dəfə) 795 ton (+36 dəfə) və Ukraynaya 70,7 min ABŞ dolları dəyərində (-85 %) 131,55 ton (-92 %) məhsul satıb.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 21,44 min ton soğanın 74 %-i Gürcüstanın payına düşür.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026