Ermənistan və ABŞ TRIPP dəhlizinin reallaşdırılması üçün şirkət yaradır

10:41 - 14.01.2026


14 yanvar, Fineko/abc.az. Ermənistan və ABŞ TRIPP (Zəngəzur dəhlizi) layihəsinin işə salınması ilə bağlı növbəti addımları əks etdirən birgə bəyanat və deklarasiya yayımlayıb.

ABC.AZ xəbər verir ki, sənədə əsasən, birbaşa tikinti işləri ilə məşğul olacaq TRIPP Development Company adlı xüsusi şirkət yaradılacaq.

Ermənistan hökuməti marşrutun keçəcəyi ərazini bu şirkətə 49 il müddətinə icarəyə verəcək.

Bu dövr ərzində şirkətin səhmlərinin 74%-i ABŞ-a, 24%-i isə Ermənistan hakimiyyətinə məxsus olacaq.

Gələcəkdə müqavilənin daha 50 il müddətinə uzadılması nəzərdə tutulur. Bu halda Ermənistan hakimiyyətinin payı 49%-ə yüksələcək, ABŞ-ın payı isə 51%-ə enəcək.