16:23 - 13.01.2026
13 yanvar, Fineko/abc.az. Azərbaycandan Ermənistana benzin idxalı ölkədə bazarında yanacağın 15 % ucuzlaşmasına səbəb olub.
ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
"2025-ci ilin dekabr ayının ortalarından etibarən Ermənistana Azərbaycan istehsalı olan benzin idxal olunmağa başlayıb. Azərbaycandan əsasən "Premium" markalı benzin idxal olunur. Ermənistan bazarında bu növ benzin 15 % ucuzlaşıb (bir litr üçün 510 dram əvəzinə 430 dram)", - o deyib.
Baş nazir qeyd edib ki, iki gün əvvəl Azərbaycandan Ermənistana dizel yanacağı idxal olunub.
"Dizel yanacağı 2 % ucuzlaşıb. "Regular" markalı benzinin qiyməti də dekabrla müqayisədə təxminən 8 % azalıb (11 dekabr tarixinə bu benzin növünün bir litri 500 dram idisə, indi 460 dramdır). Bu, sülh gündəliyinin nəticələri və faydalarıdır", - N.Paşinyan vurğulayıb. ©Report
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026