14:08 - 9.01.2026
9 yanvar, Fineko/abc.az. BMT 2026-cı ildə Azərbaycanda 2,7% iqtisadi artım gözləyir.
ABC.AZ xəbər verir ki, 2027-ci ildə isə ölkənin ümumi daxili məhsulunda (ÜDM) 2,6 % artım proqnozlaşdırılır. BMT-nin məlumatına əsasən, ölkə iqtisadiyyatı 2025-ci ildə 1,6 % artıb.
“2026-cı ildə iqtisadi artım təbii qaz hasilatı və ixracının artması, həmçinin qeyri-neft-qaz sektorunda davamlı artım hesabına sürətlənəcək”, – BMT vurğulayıb.
Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2026-cı ildə ÜDM-in 2,9 %, 2027-də isə 3,3 % artacağını proqnozlaşdırır.
Beynəlxalq reytinq agentliklərinin proqnozları isə fərqlənir: “S&P Global” 2026-cı ildə 2 %, “Fitch Ratings” 2,5 %, “Moody’s” isə 2,5 % səviyyəsində artım gözləyir.
Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 2 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2,5 %, Dünya Bankı isə 2,4 % artacağını proqnozlaşdırır. ©Report
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026