15:31 - 8.01.2026
8 yanvar, Fineko/abc.az. Ticarət məlumatlarına görə, bu gün qiymətli metalların dəyəri indekslərin yenidən balanslaşdırılması gözlənildiyindən xeyli düşür.
ABC.AZ xəbər verir ki, indekslərin illik yenidən balanslaşdırılması 8 yanvar tarixində başlayır və beş iş günü davam edəcək. 2026-cı il üçün yeni hədəf çəkiləri səbəbindən bu, genişmiqyaslı əməliyyatlara gətirib çıxaracaq. Nəşr olunan məlumatlara görə, yaxın günlərdə milyardlarla dollar dəyərində fyuçers müqavilələri satıla bilər.
İnvestisiya fondları artıq qiymətli metallara fyuçers müqavilələri satır. Belə ki, gümüş 2,37% ucuzlaşaraq 75,75 $/unsiya, qızıl 0,57% itirərək 4436,4 $/unsiya, platina 2,87% düşərək 2211,7 $/unsiya, palladium isə 1,6% ucuzlaşaraq 1768 $/unsiya olub.
Bundan əlavə, nikel fyuçersləri demək olar ki, 3% ucuzlaşıb, çünki İndoneziya istehsalın azalması barədə ətraflı məlumat verməyib, halbuki bu məlumat əvvəllər metalın qiymətində kəskin artıma səbəb olmuşdu.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026