16:54 - 7.01.2026
7 yanvar, Fineko/abc.az. Litva 2028-ci ildə elektrik enerjisinə olan tələbatını tam şəkildə daxili resurslar hesabına təmin etməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə Baltik respublikasının energetika naziri Jiqimantas Vayçünas milli LRT radiosunun efirində bildirib.
“Litva bərpa olunan enerji mənbələrinin güclərini artırmaqda davam edir. Məqsədimiz 2028-ci ildə elektrik enerjisinə olan tələbatı tamamilə öz istehsalımız hesabına ödəməkdir”, – deyə nazir vurğulayıb.
Nazirin sözlərinə görə, 2025-ci ildə Litva zəruri elektrik enerjisinin 70%-ni istehsal edib. “İstehsalın istehlak tələbatını üstələdiyi günlər də olub. 2024-cü ildə belə günlərin sayı 5, 2025-ci ildə isə 70 olub”, – deyə Vayçünas qeyd edib.