14:38 - 7.01.2026
7 yanvar, Fineko/abc.az. Çin taykonavtları kosmik orbital stansiyada litium-ion batareyalarla bağlı bir sıra elmi təcrübələr həyata keçiriblər.
ABC.AZ xəbər verir ki, bu barədə yanvarın 7-də Çin Elmlər Akademiyası öz rəsmi saytında məlumat yayıb.
“Şençjou-21” kosmik gəmisinin heyəti “Tyanqun” orbital stansiyasında mikroqravitasiyanın batareyaların daxilində baş verən əsas proseslərə necə təsir göstərdiyini müşahidə və təhlil edib. Eyni zamanda, unikal mikroqravitasiya şəraiti sayəsində elektrolitlər daxilində kimyəvi maddələrin paylanmasının öyrənilməsi mümkün olub.
Çin alimlərinin fikrincə, əldə edilən nəticələr kosmosda enerji sistemlərinin səmərəliliyinin artırılmasına kömək edəcək.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026