11:03 - 5.01.2026
5 yanvar, Fineko/abc.az. 2026-cı ilin mart ayının qeyri-iş günləri açıqlanıb.
ABC.AZ xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.
Martın 20, 21-i Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən, Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasn növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.
Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günü olacaq.
Martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026