10:57 - 5.01.2026
5 yanvar, Fineko/abc.az. Türkiyə və Azərbaycan 33 milyard kubmetr qazın tədarük edilməsi barədə saziş imzalayıblar.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Kanal7-nin efirində bildirib.
Onun sözlərinə görə, Qara dənizin Türkiyə sektorundakı “Sakarya” yatağında qaz hasilatının həcmi 2026-cı ildə ikiqat artacaq ki, bu da Türkiyədə 8 milyon müştərini yerli qaz ilə təmin etməyə imkan verəcək. Bundan əlavə, Azərbaycanla yeni qaz sazişi əldə edilib.
Türkiyənin energetika naziri izah edib ki, Ankara ilə Bakı arasında razılaşma bir neçə gün əvvəl əldə edilib, sazişə əsasən mavi yanacaq tədarükünə 2029-cu ildə başlanacaq.
“Xəzər dənizindəki Abşeron yatağından ildə 2,25 milyard kubmetr qaz tədarük ediləcək. Tədarük Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə həyata keçiriləcək”, - deyə nazir izah edib.
10 Avqust 2026
10 Avqust 2026