10:12 - 26.12.2025
26 dekabr, Fineko/abc.az. -(Özəl xəbər)- Nazirlər Kabineti tərəfindən 2026-cı il üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin siyahısı təsdiq olunub.
ABC.AZ sözügedən layihələrdə gələn il üçün nələrin nəzərdə tutulduğunu araşdırıb.
Sözügedən siyahıda zavoddan daha çox infrastruktur, xidmət və ekoloji layihələr olsa da, ölkə iqtisadiyyatına uzunmüddətli təsirləri nəzərdə tutur.
Həmin siyahıya əsasən, gələn il Bakı şəhərində elmi-texnoloji parkın inşası və idarə edilməsi nəzərdə tutulur.
Siyahıda, həmçinin Lənkəranda bərk məişət tullantılarının idarə edilməsi mərkəzinin yaradılması gözlənilir.
Gələn il bununla yanaşı, heyvan cəsədləri və bioloji tullantıların utilizasiya mərkəzləri də təsis ediləcək.
2026-cı il infrastruktur baxımından zəngin il olacaq.
Belə ki, Hövsan aerasiya qurğusunun təmiri və çirkab suların təkrar emalı sistemlərinin quraşdırılması da gələn il nəzərdə tutulur.
Kəlbəcərdə turizm və rekreasiya zonası, yük avtonəqliyyat parklarının (TIR parklarının) yaradılmasının da 2026-cı ildə həyata keçirilməsi gözlənilir.
Qeyd edək ki, bu layihələr sosial, ekoloji və logistika sahələrində tətbiq ediləcək və infrastrukturu gücləndirəcək.
Müəllif: Elmir Muradov
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026