09:36 - 26.12.2025
26 dekabr, Fineko/abc.az. Neft qiymətləri Cümə günü ticarətdə bir qədər azalır və həftəni böyümə ilə başa vurur.
ABŞ və Avropa birjaları Milad münasibətilə bağlandığından ötən gün ticarət aparılmayıb.
London İCE Futures birjasında Brent neftinin fevral fyuçerslərinin dəyəri saat 9:30-a olan məlumata görə bir bareli $62,19-dır ki, bu da əvvəlki hərracların bağlanmasından $0,05 (0,08%) aşağıdır.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral fyuçersləri saat 9:30-a olan məlumata görə $0,02-a (0,03%), bir barel üçün $58,33-a qədər ucuzlaşıb.
Bu həftənin əvvəlindən Brent və WTI qiymətləri 3%-dən çox artıb.
Bu həftə qiymətlərin artmasına baxmayaraq, həm Brent markalı neft, həm də WTI nefti cari ili COVID-19 pandemiyasından bəri ən kəskin ucuzlaşma ilə başa vurur. Bu, gələn il neft təklifinin tələbi üstələyəcəyi ilə bağlı gözləntilərlə bağlıdır.
Bu il Brent neftinin qiyməti 16%, WTI neftinin qiyməti isə 18% azalıb.
8 Avqust 2026
8 Avqust 2026