İran İraqa qaz tədarükünü dayandırdı

11:40 - 25.12.2025


25 dekabr, Fineko/abc.az. İran daxili istehlakın kəskin artması səbəbindən İraqa təbii qaz ixracını müvəqqəti dayandırıb.

ABC.AZ xəbər verir ki, bu barədə İraqın Energetika Nazirliyi məlumat verib. Təchizatın dayandırılması ölkədə elektrik enerjisi istehsalını təxminən 4,5 GVT azaldıb və hökumət yerli yanacaq istifadəsini artırmaq məcburiyyətində qalıb.

Qərar, İranda anomal soyuqlar səbəbindən qəbul edilib. Belə ki, ölkədə, əksəriyyəti yaşayış binalarında olmaqla, gün ərzində təxminən 655 milyon kubmetr qaz istehlak edilib.

Qeyd edək ki, İran İraqın enerji istehsalı üçün qaza olan tələbatının təxminən 43%-ni təmin edir.