14:32 - 22.12.2025
22 dekabr, Fineko/abc.az. 2025-ci ildə Çinin ən iri dəniz neft-qaz yatağı olan Bohayda neft və qaz hasilatı 40 milyon ton neft ekvivalentini ötüb.
ABC.AZ xəbər verir ki, hazırda yataqda 60-dan çox lay işlənilir, ümumi hasilat həcmi isə 600 milyon tonu keçib. İllik artım təxminən 5% təşkil edir.
Rekord göstəricilər rəqəmsallaşma, innovativ və ekoloji cəhətdən optimallaşdırılmış texnologiyaların tətbiqi hesabına əldə olunub ki, bu da Çinin enerji təhlükəsizliyinin möhkəmlənməsinə və ölkə iqtisadiyyatının inkişafına təkan verir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026