Britaniya şirkəti "Qarabağ" yatağında seysmik kəşfiyyat işlərinə başlayıb

14:16 - 22.12.2025


22 dekabr, Fineko/abc.az. Böyük Britaniyanın BP şirkəti rəsmi olaraq Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qarabağ" yatağında seysmik kəşfiyyat işlərinə başlayıb.

ABC.AZ-ın məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə geologiya və işlənmə üzrə vitse-prezidenti Den Sparks bildirib.

"Ötən həftə dənizdibi sensor qovşaqlardan (HDOBN - High Density Ocean Bottom Nodes) istifadə etməklə üçölçülü seysmik tədqiqata başladıq. İşlərin məqsədi resursların qiymətləndirilməsində qeyri-müəyyənliyi azaltmaq, tədqiq etməni planlaşdırmaq və investisiya ilə bağlı son qərara gəlməkdir", - D.Sparks vurğulayıb.

Vitse-prezident qeyd edib ki, tədqiqat Xəzər dənizində HDOBN texnologiyasını tətbiq edən "Caspian Geo" komandaları tərəfindən həyata keçiriləcək.

"Bu texnologiyanın inkişafı BP tarixində ən böyük beşillik 4D seysmik kəşfiyyat proqramı çərçivəsində "Azəri-Çıraq-Günəşli" yatağında təmin edilib", - o əlavə edib.

Seysmik tədqiqat proqramına dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat və yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat daxildir. Birinci seysmik proqram dekabrda başlayacaq və üç yarım davam edəcək. Tədqiqat dənizin 140-200 metr dərinliyində aparılacaq.

HR/UHR tədqiqatın isə 2026-cı ilin mart-aprel aylarında həyata keçiriləcəyi və 45 günədək davam edəcəyi nəzərdə tutulur.