10:54 - 22.12.2025
22 dekabr, Fineko/abc.az. Gələn il yanvarın 1-dən Azərbaycanda mənşə sertifikatları ilə bağlı müraciətlər yalnız "E-keyfiyyet.gov.az" informasiya sistemi üzərindən qəbul olunacaq.
ABC.AZ Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar, avqust ayından Bakıda və regionlarda ixracla məşğul olan 300-dən çox sahibkarlıq subyekti ilə "Mənşə sertifikatı" alt modulundan istifadəyə dair maarifləndirici görüşlər keçirilib.
Nəticədə, ümumi təqdim olunan mənşə sertifikatlarının 83 %-i Keyfiyyət informasiya sistemi üzərindən təmin edilib.
Sahibkarların Keyfiyyət informasiya sistemindən istifadə bacarığının artırılması üçün "Mənşə sertifikatı" alt moduluna dair videotəlimat Dövlət Agentliyinin rəsmi "Youtube" kanalında yerləşdirilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026