14:58 - 19.12.2025
19 dekabr, Fineko/abc.az. Türkiyə oktyabr ayında 2,66 mln ton neft idxal edib. Bu göstərici sentyabrla müqayisədə 3% az, ötən ilin eyni ayı ilə müqayisədə isə 21,8% çoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Enerji Bazarlarının Tənzimlənməsi Şurası (EPDK) məlumat yayıb.
İlin ilk on ayının yekunlarına görə, neft idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% artaraq 26,6 mln tona çatıb.
Oktyabrda Rusiya Türkiyəyə təxminən 1,46 mln ton neft tədarük edib. Bu, sentyabr ayı ilə müqayisədə 12,6% az, lakin ötən ilin oktyabrı ilə müqayisədə 1,6 dəfə çoxdur. İlk on ayda Rusiyanın Türkiyəyə neft ixracı 13,12 mln ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% azdır.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026