Azərbaycandan 11 ayda 521 min 011,3 ton azot gübrəsi ixrac edilib

10:25 - 17.12.2025


17 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 521 min 011,3 ton azot gübrəsi ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu ilin 11 ayında ixrac olunan azot gübrəsinin dəyəri 163 milyon 404,49 min ABŞ dolları təşkil edib.

Öən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 1,8 %, həcmi isə 44,9 % artıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında azot gübrəsinin payı 4,93 % təşkil edir. Bu ilin 11 ayının qeyri-neft sektoru üzrə ixracında payı isə 0,7 % təşkil edib.