14:51 - 11.12.2025
11 dekabr, Fineko/abc.az. ABŞ Xəzinədarlıq Departamentinin xarici aktivlərə nəzarət idarəsi (OFAC) Lukoil International GmbH ilə danışıqlar aparmaq və ilkin müqavilələr bağlamaq üçün Ümumi lisenziya verib.
ABC.AZ xəbər verir ki, gələcəkdə bu, ayrıca OFAC icazəsi ilə icra edilə biləcək anlaşma memorandumları, tender təklifləri və ya digər müqavilələr ola bilər.
Lisenziya 17 yanvar 2026-cı il tarixinədək qüvvədədir, lakin Rusiyaya pul köçürməsinə, bloklanmış əmlakla işləməyə və qadağan olunmuş şəxslərlə əməliyyatlara icazə vermir.
8 Avqust 2026
8 Avqust 2026