16:25 - 8.12.2025
8 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1 milyon 44 min ABŞ dolları dəyərində 2 247,9 ton yerkökü və şalğam (təzə və soyudulmuş) ixrac edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,1 %, kəmiyyət olaraq – 5 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 471,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 36 % az) 1 267 ton (-18 %), Ukraynaya 255 min ABŞ dolları dəyərində (+51 %) 509 ton (-2 %), Belarusa 244 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 343 ton (+2 dəfə), Moldovaya 37,5 min ABŞ dolları dəyərində 72,7 ton, Səudiyyə Ərəbistanına 18,5 min ABŞ dolları dəyərində (-40 %) 56 ton (-55 %) məhsul satıb.
Azərbaycan 4 il 10 aylıq fasilənin ardından Moldovaya tədarükü bərpa edib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 2,36 min ton yerkökü və şalğamın 65 %-i Rusiyanın payına düşüb.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026