12:17 - 5.12.2025
5 dekabr, Fineko/abc.az. 2025-ci ilin dekabr ayının 1-nə əmək müqavilələrinin sayı 1 905 398-ə çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti bildirir.
Bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 503 mindən çox artım deməkdir. Qeyri-neft sektorunun özəl bölməsində isə müqavilələrin sayı 493 949 vahid çoxalaraq 1 033.871-ə yüksəlib.
DVX bundan öncə isə bildirib ki, 2025-ci ilin yanvar–noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” fonunda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat təşkil edib. Bu məbləğ əvvəlki ilin müvafiq dövründən 11,7% və ya 601,3 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar da 12,3% artaraq 3 milyard 832,2 milyon manata çatıb.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,4% artaraq 203,0 milyon manat olub. Qeyri-büdcə təşkilatlarında bu mənbədən daxilolmalar 11,4% artaraq 155,0 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar da artım nümayiş etdirib. Bu istiqamətdə toplanan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% çoxalaraq 1 milyard 6,3 milyon manata yüksəlib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,6% artımla 713,7 milyon manat olub.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026