BƏƏ-də 1,3 mindən çox müəssisə Rusiyanın Inno İT-həllərinə keçəcək

10:54 - 2.12.2025


2 dekabr, Fineko/abc.az. BƏƏ-də 1,3 mindən çox restoran və otel ziyarətçilərə xidmət göstərmək üçün Rusiya proqram təminatından istifadə etməyə başlayacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Inno İT şirkətində məlumat verilib.

"Qonaqpərvərlik sənayesi üçün İT həllərinin rusiyalı vendoru Inno ilin sonuna qədər BƏƏ-də 1,3 mindən çox restoran və otelə xidmət göstərməyə başlayacaq. Şirkət tərəfindən hazırlanmış rəqəmsal portal qonaqlara rahat yemək və ya xidmət seçimi və hesabın təmassız ödənilməsi imkanı verir", - deyə məlumatda bildirilir.

Bildirilir ki, razılaşma, Gitex İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində The Ultima World investisiya şirkəti ilə əldə edilib. The Ultima World ilə əməkdaşlığın ildə təxminən 1,2 milyon dollar gətirəcəyi gözlənilir.

Inno, AI texnologiyalarından istifadə edərək qonaq xidməti sahəsi üçün həllər yaratmaqda ixtisaslaşmış Rusiya İT şirkətidir, Skolkovo rezidentidir.