10 ayda bu növ sığorta üzrə zərərlilik göstəricisi 75 faizi keçib

16:27 - 1.12.2025


1 dekabr, Fineko/abc.az. Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) azalıb.

ABC.AZ Mərkəzi Bankın hesabatı istinadən xəbər verir ki, bu ilin 10 ayı ərzində bu növ sığorta üzrə zərərlilik göstəricisi 75,1% olub.

Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 151 milyon 173 min manat toplanıb, 113 milyon 469 min manat ödəniş edilib.

Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2% çoxdur.