15:43 - 28.11.2025
28 noyabr, Fineko/abc.az. İndiyə qədər "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası məqsədilə 57,1 milyon manat xərclənib.
ABC.AZ Hesablama Palatasına istinadən xəbər verir ki, Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə Dövlət Proqramı çərçivəsində görülmüş işlər və qarşıdakı dövrdə planlaşdırılan fəaliyyətlərin müzakirəsi keçirilib.
Görüşdə Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Palatanın sədri Vüqar Gülməmmədov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və Dövlət Proqramının icrasına məsul qurumların rəhbərləri iştirak ediblər.
Tədbirdə V.Gülməmmədov Dövlət Proqramının icra vəziyyəti ilə bağlı təqdimat edib. O, Azərbaycanda icrası davam etdirilən iki ən böyük strateji proqramdan biri olan Dövlət Proqramının ötən 2 il 6 aylıq dövr üçün icra vəziyyəti ilə bağlı aparılan təhlilin nəticələrindən söz açıb. ©Report
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026