Son 10 ayda BTC kəməri vasitəsilə 172,788 milyon barel neft nəql edilib

11:15 - 26.11.2025


26 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 172,788 milyon barel neft nəql edilib.

ABC.AZ Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 11,157 milyon barel və ya 6,07 % azdır.

Təkcə bu ilin oktyabr ayında Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 16,601 milyon barel neft nəql edilib. Bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,419 min barel və ya 12,7 % azdır.

Xatırladaq ki, 2024-cü ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 224,142 milyon barel neft nəql edilib.