15:02 - 25.11.2025
25 noyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yetkin yataqların idarə edilməsində həcmlərə yox, dəyərə fokuslanmış yeni idarəetmə modelinə keçir.
ABC.AZ xəbər verir ki, bunu SOCAR-ın rezervuarların inkişafı üzrə meneceri Murad Seyidov "SPE Xəzər Texniki Konfransı" çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, yetkin yataqlar fərqli düşüncə tərzi tələb edir: "Biz həcmlərə yox, dəyərə fokuslanmış yeni idarəetmə modelinə keçirik. İnsanların düşüncə tərzinin yenilənməsi bu strategiyanın əsasını təşkil edir. Yetkin yataqların idarə edilməsində hədəfimiz həcm deyil, dəyəri artırmaqdır".
O bildirib ki, dünya üzrə neft hasilatının 70 %-dən çoxu yetkin yataqlardan əldə edilir və bu reallıq SOCAR-ın portfelini birbaşa formalaşdırır: "SOCAR hazırda 30-dan çox yataqda 10 minə yaxın quyu idarə edir. Bu yataqların böyük əksəriyyəti 100 ildən çox yaşı olan yetkin sahələrdir. Bu səbəbdən canlandırma bizim üçün seçim deyil - gündəlik fəaliyyətimizin tərkib hissəsidir". ©Report
10 Avqust 2026
7 Avqust 2026