12:22 - 25.11.2025
25 noyabr, Fineko/abc.az. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağı ilə bağlı investisiya (FID) qərarı gələn il veriləcək.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov Bakıda keçirilən "SPE Xəzər texniki konfransı" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Bundan öncə "Abşeron" qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi üzrə investisiya qərarının bu ilin sonuna qədər verilə biləcəyi bildirilimişdi.
Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən ötən əsrin 60-cı illərində kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026