"Ümid" yatağından hasil edilən qaz və kondensatın həcmi məlum olub

15:49 - 24.11.2025


24 noyabr, Fineko/abc.az. İstismara verildiyi dövrdən bu ilin noyabrın 1-dək Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağından təqribən 12,7 milyard kubmetr qaz və 1,9 milyon ton kondensat hasil edilib.

Energetika Nazirliyindən ABC.AZ-a bildirilib ki, yataqdan sutkada orta hesabla hasilat 7 milyon kubmetrə yaxın qaz və 0,8 min ton kondensat təşkil edilr.

Xatırladaq ki, "Ümid" yatağının kəşfindən 15 il ötür. "Ümid" yatağı Azərbaycanın müstəqillik dövründə kəşf edilən ilk qaz-kondensat yatağıdır. "Ümid" adını doğruldaraq Azərbaycanın enerji̇ təhlükəsizliyinə güc qatmağa davam edir.