Neft sabitdir, Brent bir barel üçün $62,57 təşkil edir

09:30 - 24.11.2025


24 noyabr, Fineko/abc.az. Ötən həftənin nəticələrinə görə azaldıqdan sonra bazar ertəsi ticarətində etalon markaların qiymətləri cüzi dəyişir.

Brent markalı neftin yanvar fyuçersləri ICE Futures birjasında saat 09: 23-ə olan məlumata əsasən $0,01 artaraq bir barel üçün $62,57-a yüksəlib. Noyabrın 21-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $0,82 (1,29%) azalaraq bir barel üçün $62,56-a enib.

Saat 09:23-ə olan məlumata əsasən NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçersləri $0,02 azalaraq bir barel üçün $58,32-a düşüb. 21 noyabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,94 (1,59%) ucuzlaşaraq bir barel üçün $58,06-a düşüb.

Ötən həftə Brent markalı neft 2,84%,  WTI nefti isə 3,15% ucuzlaşıb.