09:27 - 20.11.2025
20 noyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri, keçmiş hərracların nəticələrinə görə düşdükdən sonra cümə axşamı hərracda yüksəlir.
Saat 09:22-ə olan məlumata görə ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçersləri $0,21 (0,33%) artaraq bir barel üçün $63,72-a yüksəldi. Noyabrın 19-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $1,38 (2,13%) azalaraq bir barel üçün $63,51-a enib.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçersləri saat 09: 22-ə olan məlumata görə $0,21 (0,35%) artaraq bir barel üçün $59,65-a yüksəldi. Noyabrın 19-da aparılan hərracların nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $1,30 (2,14%) ucuzlaşaraq bir barel üçün $59,44-a düşüb.
8 Avqust 2026
8 Avqust 2026