14:39 - 19.11.2025
19 noyabr, Fineko/abc.az. Son 6 il ərzində qeyri-neft-qaz ixracı 2 dəfə artıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir deyib ki, 2019-2024-cü illərdə qeyri-neft-qaz ixracı 2 dəfə böyüyərək, 3,4 milyard ABŞ dolları olub, ixrac edilən əmtəə sayı 15 faiz artaraq 2810-a çatıb. Neft-qaz qiymətlərinin və hasilatın azalmasına baxmayaraq, 2022-ci ildən bəri ölkənin xarici ticarət dövriyyəsi təqribən 50 milyard ABŞ dolları səviyyəsində sabitləşib. 2022-2024-cü illərdə xarici ticarət balansında isə Dövlət Neft Fondunun qızıl idxalı istisna olmaqla, orta illik hesabla 16 milyard ABŞ dolları məbləğində müsbət saldo olub. Qeyri-neft-qaz xidmətləri ixracı isə 45 faizədək artaraq 6,5 milyard ABŞ dollarını ötüb.© Azərtac
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026