Chevron "Lukoil"un xarici aktivlərinin alınmasını nəzərdən keçirir

11:19 - 18.11.2025


18 noyabr, Fineko/abc.az. Amerikanın "Chevron" Neft Şirkəti sanksiyalara məruz qalan "Lukoyl"un xarici aktivlərinin alınması variantlarını araşdırır.

ABC.AZ xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi ötən həftə potensial alıcılara "Lukoyl"  ilə xarici aktivlər barədə danışıqlar aparmağa icazə verib. Belə olan halda Chevron, ən azı 20 milyard dollar dəyərində "Lukoyl" portfeli uğrunda mübarizəyə Carlyle və digər şirkətlərə qoşulacaq.

Mənbələrə görə, Chevron, bütün portfelin deyil, şirkətlərin maraqlarının kəsişdiyi "Lukoil" aktivlərinin alınmasını nəzərdən keçirir.

Chevron, şirkətin tətbiq olunan qanunlara və tənzimləmə tələblərinə cavab verdiyini və ticarət məsələlərini şərh etmədiyini bildirib.

"Lukoyl" ölkə daxilində və xaricdə dünya neftinin təxminən 2%-ni hasil edir və bildirib ki, dünya hasilatının 0,5%-ni təmin edən və 2024-cü il hesabatlarına görə təxminən 22 milyard dollar dəyərində qiymətləndirilən beynəlxalq aktivləri üçün alıcı axtarır.