10:16 - 18.11.2025
18 noyabr, Fineko/abc.az. 2025-ci ilin ilk doqquz ayında Azərbaycanın mis filizləri və konsentratlarının daxildəki istehsalını kəskin artırmaqla ixracda da payı artırıb.
ABC.AZ xəbər verir ki, ilin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib.
Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artım təxminən 22 dəfə, dəyər üzrə isə təxminən 20 dəfə artım deməkdir.
2023-cü ildən bu tərəfə ölkədə mis istehsalının həcmi aşağı düşmüşdü. Buna səbəb Böyük Britaniyanın Gədəbəydə əlvan və qiymətli metallar istehsal edən “Anglo Asian Mining plc” şirkətinin ekoloji problemlə bağlı hasilatındakı fasilə idi. Cari ilin ilk 9 ayında isə ölkədə mis hasilatının həcmi 2 766.6 ton təşkil edib ki, öncəki ili 25 dəfəyə yaxın üstələyir. Bu artıma səbəb isə “Anglo Asian Mining plc” Dəmirli mədənində hasilatın başlaması və Gilar mədəninin tam rüblük fəaliyyətinə görə baş verib. Eyni dövürdə Gədəbəydə 1 576 ton, Dəmirlidən isə 711 ton mis hasil olunub.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026