12:24 - 14.11.2025
14 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 106 milyard 435,4 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 % artıb.
ÜDM istehsalının 34 %-i sənaye, 10,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,5 %-i tikinti, 2,7 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 %-i informasiya və rabitə sahələrinin, 20,9 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 %-ni təşkil edib.
10 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 10 393 manat olub.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026